Səkkiz nəfər dağılmış binanın altında qalıb

Səkkiz nəfər dağılmış binanın altında qalıb

3 Aprel 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Tayvanda baş verən zəlzələdən sonra səkkiz mərtəbəli yaşayış binası çöküb. Xarici mətbuatın verdiyi məlumata görə, səkkiz nəfər binanın içərisində heç bir xəbər olmadan qapalı qalsa da, sonda xilasedicilərin gərgin işi nəticəsində sakinlər xilas edilib.
Xatırladaq ki, zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 02:58) baş verib və titrəyiş bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, fəlakətin episentri Hualien şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, mənbə isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra adıçəkilən ərazilərdə 20-dən çox yeraltı təkan qeydə alınıb…

Oxuməni.az