Qazaxıstanda 6,1 bal gücündə zəlzələ baş verib

Qazaxıstanda 6,1 bal gücündə zəlzələ baş verib

4 Mart 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. İnsanlar özlərini küçələrə atarkən, Almatıda xəbərdarlıq siqnalı verilib. Hadisədən sonra insan tələfatı qeydə alınmasa da, ölkədə dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində işlərə başlanılıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11.22-də baş verib.

Almatıda zəlzələ zamanı xəbərdarlıq siqnalı verilərkən, Almatı Fövqəladə Hallar İdarəsinin verdiyi açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib.

Açıqlamada can itkisinin olmadığı və zərərlə ilə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib. Digər tərəfdən zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.

Oxuməni.az