İspartada 57 nəfərin öldüyü təyyarə qəzası 17 ildən sonra bağlanıb

İspartada 57 nəfərin öldüyü təyyarə qəzası 17 ildən sonra bağlanıb

11 Mart 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Boğaziçi Universitetinin professoru Engin Arık kimi elm adamları da daxil olmaqla 57 nəfərin həyatını itirdiyi 2007-ci ildə İspartadakı təyyarə qəzası ilə bağlı yenidən mühakimə olunan müttəhimlərə verilən cəzalar Yargıtay 12-ci Cəza Dairəsi tərəfindən təsdiqlənib. İki şübhəliyə verilən 5 il 10 ay həbs cəzalarının təsdiqi ilə 17 ildən sonra iddiaya xitam verilib.

30 noyabr 2007-ci ildə İspartada qəzaya uğrayan «Atlasjet» təyyarəsi ilə bağlı iş 17 ildən sonra bağlanıb.

Xatırladaq ki, 30 noyabr 2007-ci ildə İstanbuldan İspartaya gələn «Atlasjet Aviation Inc» sərnişinlərini daşıyan «World Focus Air Transportation Inc»-ə məxsus sərnişin təyyarəsi İspartanın Keçiborlu rayonu yaxınlığındakı Türbetəpə məntəqəsində qəzaya uğramış, 7-si ekipaj olmaqla 57 nəfər həlak olmuşdur.

Təyyarə qəzası ilə bağlı mülki iddia 2009-cu il iyunun 16-da açılıb. 28 iyul 2009-cu il tarixində İsparta Ağır Cəza Məhkəməsində «World Focus Airlines»-də çalışan bəzi yüksək rütbəli və texniki personalın da olduğu 10 nəfərin mühakimə olunacağı işin ilk iclası keçirilib. Proseslər zamanı müttəhimlərin sayı əvvəlcə 12, sonra isə 20-yə yüksəlib.

İsparta 1-ci Ağır Cəza Məhkəməsi 6 yanvar 2015-ci ildə hökmünü açıqlayıb. Məhkəmə şübhəlilərdən 8-nə 11 il 8 aydan 1 il 8 aya qədər həbs cəzası verib. 12 müttəhim isə bəraət alıb…

Oxuməni.az