«Çərşənbə axşamı» bayram gecəsində 14 nəfər həyatını itirib

«Çərşənbə axşamı» bayram gecəsində 14 nəfər həyatını itirib

13 Mart 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

İranda «Çərşənbə axşamı» bayram gecəsində keçirilən mərasimlər zamanı baş verən qəzalarda aralarında atəşfəşanlıq, əldəqayırma partlayıcı və maye qazı da istifadə edənlər daxil olmaqla 14 nəfər həyatını itirib, 3 min 253 nəfər isə yaralanıb.

Paytaxt Tehranda axşam saatlarında başlayan bayram şənliklərində və atəşfəşanlıqda ən çox kustar üsulla hazırlanmış əldəqayırma partlayıcılardan istifadə edilib. Atəşfəşanlıq nəticəsində şəhərdə səmanı tüstü buludu bürüyüb.

Tehranda xilasedicilərin adından açıqlama verən Cəlal Mələki dünən saat 19.00-dan 22.30-a qədər ümumilikdə 6 min 416 təcili çağırış aldıqlarını və yanğınsöndürmə briqadalarının 230 hadisəyə müdaxilə etdiyini bildirib.

Oxuməni.az