İdrak Abbasovun səhhətində hələ də problemlər var
Jurnalist ona çətin günlərində dəstək olan hər kəsə Facebook vasitəsilə təşəkkürünü bildirdi
Məlum "Sulutəpə hadisələri"ndə yaralanan "Зеркало (Ayna)" qəzetinin müxbiri İdrak Abbasov səhhəti ilə bağlı son durumu sosial şəbəkə vasitəsilə paylaşdı: "Mən evdəyəm, ev şəraitində müalicəm davam edir. Zədələnmiş gözümdə və sınan qabırğalarımda problemlər qalmaqdadır."
Jurnalist Facebook profili vasitəsilə ona mənəvi dəstək olan hər kəsə minnətdarlığını bildirməyi də unutmadı: "Əziz dostlar, həmkarlar və mənə, ailəmə ağır günümüzdə dəstək olan bütün kəslərə təşəkkür edirəm! Sizlərdən gördüyüm dəstəyə və diqqətə görə bütün ağrılar və sızıntılar yadımdan çıxır. Var olun, sağ olun!"
Avgust Spies demişkən: "səssizlyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək".
Aqil Hüseynov
O.M.
Digər xəbərlər