Müdafiə Nazirliyi uzun müddətdir ləngiyən hərbi qanunvericiliyə dair layihələrə müsbət rəy verib

Müdafiə Nazirliyi uzun müddətdir ləngiyən hərbi qanunvericiliyə dair layihələrə müsbət rəy verib

6 Fevral 2014 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisi ötən illər ərzində Müdafiə Nazirliyinin rəyi olmaması səbəbindən müzakirəsi ləngidilən iki qanun layihəsinə artıq nazirlikdən rəy alıb.

Parlamentdən Apa -ya verilən məlumata görə, bunlar "Hərbi qulluqçuların statusu haqqında" və "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihələridir. Layihələr artıq yaz sessiyasının iş planına daxil edib.

Qeyd edək ki, hər iki sənədin müzakirəyə çıxarılması üçün bütün aidiyyəti güc strukturları rəy versə də, Müdafiə Nazirliyi rəyini gecikdirirdi. Nazirliyin rəhbərliyində baş verən dəyişiklikdən sonra həyata keçirilən islahatlar sırasında bu sənədlərə müsbət rəy verilməsi də var.

"Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsində hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələləri əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

"Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsində isə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalar yer alır.