AÇARAM SANDIĞI, TÖKƏRƏM PAMBIĞI
İstedadlı müğənni Aysel Sultan Oxu Məni.az saytına nələr söylədi, nələr...Onu özündən çıxaran nə oldu? Kim onun qəlbinə ox vurdu? Müğənninin söylədikləri:
- Heç bir müğənninin şəxsi həyatına qarışmaram, müdaxilə etmərəm. Hərə öz həyatını yaşayır, kim necə bacarır elə də ömrünü sürür. Sadəcə mənə pis təsir edir ki, çörək verdiyim, paltarlarımı geyinib, ayaqqabılarımla gəzənlər, sayəmdə pul qazananlar məni müzakirə edirlər. Ay başınıza dönüm, özünüzdən danışın.
Siz mənim ayaqqabılarımı geyinə bilərsiniz, necə də geyinmişiniz və geyinirsiniz də, ancaq yerişimi yeriyə bilməzsiniz. Mən səhnələrdə, efirlərdə oxuyanda, siz kafelərdə oxumağı öyrənirdiniz. Elə etməyin ki, açım sandığı, töküm pambığı. Sizləri ətrafıma buraxmıram deyə niyə yanırsınız? Geriyə dönüş yoxdur və ola da bilməz!
Mən xəyanətkarları, ikiüzlüləri, çörəyi itirənləri bağışlamıram... Mən qisas almağı da bacarıram. Mənim qisasımın nəticələri çox ağır olur. Dilinizə sahib çıxın! Mənə xəyanət edən cəzasız qalmır, cəzalarıma hazır olun. Sultan yenidən qayıdır, özü də daha sərt, qəddar və bağışlamayan!
... Susun da... Aysel Sultan da sultandır ha. Əsəbiləşdi, coşdu gözünə görünmə...
İsa Rəvan