Heydər Əliyev Mərkəzində baş vermiş yanğına hüquqi qiymət veriləcək

Heydər Əliyev Mərkəzində baş vermiş yanğına hüquqi qiymət veriləcək

20 İyul 2012 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Bakıda Heydər Əliyev Mərkəzində yanğın baş verib. Bir qədər sonra güclü külək nəticəsində yanğının gücü və miqyası böyüyüb. Lakin hadisə yerinə cəlb olunan 50-dən çox yanğınsöndürmə briqadasının köməyi ilə alov lokallaşdırılaraq söndürülüb. Hadisədən dərhal sonra ya Bakı şəhər prokuroru Əziz Seyidov qısa açıqlama verib: "Heydər Əliyev Mərkəzində yanğın söndürüldükdən sonra hadisənin başvermə səbəbi araşdırılacaq". O hələlik yanğının səbəbləri barədə fikir söyləməyin tez olduğunu deyib: "Araşdırmanın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək. Hələlik isə bu barədə konkret bir şey demək mümkün deyil".

Xatırladaq ki, Baş nazirin müavini Abid Şərifov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Səhiyyə naziri Oqtay Şirəliyev, Nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər prokuroru Əziz Seyidov hazırda hadisə yerindədir.

O.M.