Adına saxta hesab açıldı və pul yığıldı

Adına saxta hesab açıldı və pul yığıldı

22 Fevral 2023 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Süleyman Çakır” obrazı ilə daha çox tanınan aktyor Oktay Kaynarcanın adından TikTok-da saxta hesab açılaraq pul toplamağa başlanılıb. Vəziyyəti anlayan və izləyicilərini xəbərdar edən Kaynarca, “Fırıldaqçılıq etməyə çalışan bir şərəfsiz var. İnanmayın, artıq cinayət işi açılıb. Ümid edirəm ki, dünya məni görəcək” deyə sosial şəbəkələrdə əlavə paylaşımlar edib. Xatırladaq ki, məlum zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda, ötən gün daha 2 zəlzələ qeydə alınıb. Elə bu ərəfədə zəlzələdən zərər çəkənlərə yardım toplayan aktyor Oktay Kaynarca adına saxta hesab açaraq pul yığıldığı məlum olub.

İnstaqram hesabından paylaşım edərək izləyicilərinə xəbərdarlıq edən Oktay Kaynarca, “TikTok-da səhifə açıb yardım toplamaq bəhanəsi ilə insanları aldatmağa çalışan bir vicdansız var. Xahiş edirəm, belə hesablara və insanlara inanmayın. Cinayətkardılar. Bu vicdansız haqqında artıq şikayət edilib” deyə bildirib.

Murad Şahməmmədov