VİDEO: Fahişəliyə cəlb olunmaq üçün qaçırılan 29 yaşlı qızı yolda zorladılar
Türkiyənin İsparta vilayətində 29 yaşlı qızı qaçıranları polis yaxalayıb. Ans-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı Serpil T. məcburi fahişəliyə cəlb edilmək üçün qaçırılıbmış. Onu 3-ü qadın olmaqla 5 nəfər qaçırıb. Onlar Serpil T. məcburi olaraq avtomobilə mindirib və Yaşıldərə qəsəbəsinə gətiriblər. Qızdan iki nəfər ilə cinsi əlaqəyə girməyi tələb ediblər. Onlardan biri qızı zorlayıb. Qız sonradan onların əlindən qaçaraq, özünü yoldan keçən avtomobilin qabağına atıb və onlardan kömək istəyib. Avtomobildə olan ailənin köməkliyilə hadisə yerinə polis çağrılıb. Serpili fahişəliyə məcbur edən şəxslər tutularaq məhkəməyə cəlb olunub.
O.M.
Digər xəbərlər