Qardaşlardan biri torpağa, digəri həbsxanaya getdi
Azərbaycanda qardaş qardaşı qətlə yetirib
Xırdalanda qardaş qardaşı qətlə yetirib.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Xırdalan şəhəri Hüseyn Arif küçəsi, 84 ünvanında qeydə alınıb.1972-ci il təvəllüdlü Ağaşərif Tofiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində qardaşı, 1974-cü il təvəllüdlü Əbdülü bıçaqlayaraq qətlə yetirib.Hadisəni törədən A. Hüseynov tutulub.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər