Ermənistan vətəndaşı özünü yandırıb

Ermənistan vətəndaşı özünü yandırıb

18 Mart 2014 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Sünik vilayətində 78 yaşlı kişi özünü yandırıb. Aysor.am-a istinadən xəbərinə görə, hadisə yerinə yollana xilasedicilər orada yanmış cəsəd aşkarlayıblar.

Qeyd edək ki, martın 7-də Ermənistan Maliyyə Nazirliyi qarşısında 67 yaşlı kişi özünü yandırmağa cəhd edib. O, plastik şüşədən tökdüyü naməlum maye ilə özünü yağlayarkən yaxınlıqdan keçən polis əməkdaşları intihar cəhdindən duyuq düşərək bunun qarşısını alıblar. Həmin şəxs sosial şərtlərdən gileylənib. /apa/

Mediainfo.az