Anasını oxla vurub öldürdü

Anasını oxla vurub öldürdü

1 Dekabr 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

42 yaşlı kişi anasını güllələdi, sonra oxla vurdu, ən sonda bıçaqladı

Amerikanın Florida ştatında 42 yaşlı kişi anasını xüsusi qəddarlıqla öldürüb. ANS-in məlumatına görə, kişi əvvəlcə 65 yaşlı qadını güllə ilə yaralayıb, daha sonra onun başına bir neçə ox atıb, ən sonda isə qətli bıçaqla tamamlayıb.
Qadının 42 yaşlı oğlunun iddiasına görə, anası onun brilyantlarını oğurlayıb və atasını xərçəngə yoluxdurub. O həmçinin qeyd edib ki, anası onu öldürmək istəyib.
Qətl baş verən gün qonşuluqdakı qadın arxa həyətdən qışqırıq səsləri eşidib və polis çağırıb. Polislər gələndə qadının başında oxlar var idi. Polislərin bildirdiyinə görə, qadın sürünərək divana otura bilib, lakin sonra ölüb.

Mediainfo.az