DƏHŞƏT!  Ana və 6 uşağının evdə hissələrə ayrılmış meyiti tapılıb

DƏHŞƏT! Ana və 6 uşağının evdə hissələrə ayrılmış meyiti tapılıb

4 Avqust 2015 18:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti aşkarlanıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, hadisə Nijni Novqorodda baş verib.

Qeyd edək ki, bir müddət öncə Rusiya İstintaq Komitəsi Nijni Novqorodda 8 nəfərlik (ata, ana və 6 uşaq) ailənin yoxa çıxması barədə məlumat yayıb. Həmin ailəyə məxsus mənzilə baxış keçirilərkən hissələrə ayrılmış meyitlər tapılıb. Lakin onların sayı rəsmən açıqlanmır.

Nijni Novqorodun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tapılan meyitlərin ana və uşaqlara aid olduğu istisna edilmir.

Hazırda polis ailə başçısını axtarır.

Mediainfo.az