İrəvanda ekstrasens Ani Macnumyan öldürülüb

İrəvanda ekstrasens Ani Macnumyan öldürülüb

6 Avqust 2015 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda ektrasens qətlə yetirilib. Şəhər Polis Şöbəsinin mətbuat xidmətindən bildiriblər ki, qadının meyiti yaşadığı mənzildə aşkar edilib.

Qətlə yetirilən şəxsin "Altıncı hiss" verilişinin iştirakçısı, 53 yaşlı Ani Macnumyan olduğu müəyyənləşib. Onun üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.

A. Macnumyan tək yaşayıb. Qonşuları onun mənzilindən heç bir şübhəli səslər eşitmədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi açılıb.

Mediainfo.az