Maşınında öldürülənin qatili tapıldı

Maşınında öldürülənin qatili tapıldı

7 Avqust 2015 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl Bakıda maşında öldürülən şəxsin qatili tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib. Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunmuş və o, yaxalanaraq istintaqa təhvil verilmişdir.

Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az