Mühafizəçilər  oğurluq etdilər

Mühafizəçilər oğurluq etdilər

13 Avqust 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir neçə nəfər mühafizəçi işlədikləri anbardan oğurluq edib. DİN-xəbər verir ki, hadisə avqustun 9-da Qaradağ rayonunda baş verib.

Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlanıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, oğurluğu anbarda mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev törədib. Adıçəkilən şəxslər saxlanılıb.

Mediainfo.az