Teleaparıcı İlham Mirzəyevin həbs müddəti azaldıldı
Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlham Mirzəyevin kasasiya şikayəti qismən təmin edilib və teleaparıcının barəsində olan hökmdə dəyişiklik edilib. Məhkəmə qərarını iyulun 22-də açıqlayıb və İlham Mirzəyevin cəzası 3 il 6 aya endirib.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. (teleqraf)
Mediainfo.az





































.jpg)


























































