Qaxda ahıl ər-arvad ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Qaxda ahıl ər-arvad ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

18 Sentyabr 2015 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saat 08 radələrində rayonun Qaxbaş kənd sakinləri - 1935-ci il təvəllüdlü Babucaşvili Qriqol Qiergiyeviç və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Muraşvili Qeno Varqoyevna müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 80 yaşlı ər-arvad gecə saatlarında yaşadığı evdə nəməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüblər.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Babucaşvili Qriqol və Muraşvili Qenonın vəziyyəti orta-ağır qiymətləndirilir. Qax rayon Polis Şöbəsindən apa-ya 80 yaşlı ər-arvadın hələlik istintaqa məlum olmayan naməlum şəxslər tərəfindən döyülməsi faktını təsdiqləyiblər. Faktla bağlı Qax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az