Masallıda evə basqın
Masallıda evə basqın edən maskalı şəxs tutulub.
DİN saytının verdiyi məlumata görə, dekabrın 10-da Masallı rayonunun Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyərək pul verməsini tələb edib, habelə qulağındakı sırğanı almağa cəhd göstərib. O, müqavimətlə rastlaşdığından A.Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər





























































































