Avtomobil qaçırmış şəxsin başqa cinayəti də aşkar edilib
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da Ənvər Əliyevə məxsus "QAZ-31" markalı avtomaşının Göygöl şəhər sakini Samir Orucov tərəfindən qaçırılması müəyyən edilmişdir. Araşdırmalar zamanı S.Orucovun avqustun 5-də Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində, Bakı şəhər sakini Qəmbər Abdullayevi bıçaqla hədələyərək "Mercedes" markalı avtomaşınını ondan alması aşkar edilmişdir. Avtomaşın Balakən rayon sakini Yetər Nəbiyevanın həyətində aşkar edilərək RPŞ-nə gətirilmişdir.
Qanundan qaçmaq heç də avtomobil qaçırmaq qədər asan deyil.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər