Narkotacirə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən H. Məmmədov 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, şikayət əsasında polis əməkdaşları H. Məmmədovun Nizami rayonu ərazisində kirayədə qaldığı evə baxış keçiriblər. Evdə müxtəlif yerlərdə gizlədilmiş ümumi çəkisi 15 kiloqrama yaxın marixuana aşkar edilərək, götürülüb. Araşdırma zamanı məlum olub ki, Heydər Məmmədov külli miqdarda narkotik maddəni 10 min manata satmaq niyyətində imiş.
Mediainfo.az
Digər xəbərlər