Quldurluq törədən şəxs tutulub
Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Bakı şəhər sakini Anatoliy Zeynalovun 3800 manat və 1000 ABŞ dolları pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Zeynalov saxlanılıb.
Mediainfo.az
Digər xəbərlər





























































































