Moskvada 2 nəfəri döyən azərbaycanlı tutuldu
Ruslar onu təkləmişdilər
29 noyabr gecəsi "Baqa-bar" restoranında müştərilər arasında fiziki münaqişə baş verdi. Dava zamanı azərbaycanlı müştəri şüşə badə ilə bir nəfərin sifətini kəsib, digərinin burnunu sındırdı. Lifenews.ru saytının məlumatına görə, Moskvanın Pyatnitsk küçəsinə gecə 02:00 radələrində gələn polislər dalaşanları güclə ayıra bildilər. Azərbaycanlı şübhəli şəxs qismində tutuldu. Zərərçəkmişlər - R.Nikolay və E.Aleksandr isə xəstəxanaya yerləşdirildilər.
Azərbaycanlının ilkin ifadəsinə görə, bir nəfərlə mübahisə edərkən restoranda ailəvi istirahət edən başqa bir adam onlara yaxınlaşdı. Münaqişə milli zəmində böyüdü.
Deyirlər, təqsir həmişə döyüləndə olur...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər