Göyçayda dəhşətli qəza: maşın heyvanların üzərindən keçdi

Göyçayda dəhşətli qəza: maşın heyvanların üzərindən keçdi

28 İyul 2019 21:06
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda çoxsaylı heyvan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb.

Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yolda olan qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.