Şəkidə ölümlə nəticələnən yol qəzası baş verdi
Şəki rayonunda baş vermiş yol qəzasında bir nəfər ölüb. Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən APA-ya verilən məlumata görə, ölümlə nəticələnən ağır yol qəzası mayın 6-da axşam Şəki-Oğuz yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Cəfərabad kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Elçin oğlu idarə etdiyi VAZ 2107 markalı, 08 BE 578 dövlət nömrə nişanlı maşınla yol qəzası törədib. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan V.Məmmədov Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər