Aktrisa Ülviyyə Əliyeva yenidən ərə getməyə hazırlaşır
Aktrisa Ülviyyə Əliyeva nişanlanıb. Ailem.az-ın məlumatına görə, "Keyxanım" ləqəbli ilə tanınan Ülviyyənin toyu iyulun 18-də olacaq. Bu haqda aktrisa "Zaurla Günaydın" verilişində qonaq olarkən deyib. O bildirib ki, bəy namizədin adı Manafdır və Surqutda yaşayır.
Qeyd edək ki, bu, Manaf bəyin ikinci evliliyi olacaq. O, bir dəfə ailəli olub və qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada olacaq.
Digər xəbərlər































































































