Tahir İmanov hədələdi: hüquq-mühafizə orqanlarına müraciət edəcəm

Tahir İmanov hədələdi: hüquq-mühafizə orqanlarına müraciət edəcəm

6 Yanvar 2019 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist, yumor ustası Tahir İmanovun adından Feysbuk sosial şəbəkəsində saxta profil yaradılıb. Bu barədə əməkdar artistin özü məlumat verib. Tahir İmanov qeyd edib ki, məlum profil saxtadır və orada səsləndirilən çağırışların onunla heç bir əlaqəsi yoxdur:

"Feysbukda mənim adımdan saxta profil yaradılıb. Hansı ki, həmin profildə insanları həbsdə olan bloger Mehman Hüseynovu müdafiə etməyə yönəlik çağırışlar yerləşdirilib.

Mən bildirirəm ki, sosial şəbəkədəki bu profilin, habelə orada yer alan fikir və çağırışların mənimlə heç bir əlaqəsi yoxdur. Mən Heydər Əliyev ideyalarına sadiq insanam və Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Odur ki, mənim belə bir şəxsi müdafiə etməyim mümkün deyil.

Mənim adımdan saxta profil yaradan, yalan bəyanatlar yayan şəxsləri bu işə son qoymağa çağırıram. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalacam".(Kult.az)