“Rusiya xalqla müharibədə qalib gələ bilməz!”
“Şoyqunun reklamlarına baxmayaraq, ordu reklam olunduğu kimi döyüşə bilmir. Silahlar köhnədir, tez-tez xarab olur, əsgərlər anlamırlar ki, orada nə edirlər...”
“Belə müharibələri başlamaq asan, qələbəylə bitirmək isə çox çətin olur”.
Oxuməni.az xəbər verir ki, bunu tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer “Dojd” kanalına Ukraynadakı müharibəni şərh edərkən deyib.
Ekspert Rusiya ordusunun heç bir motivasiyasının olmadığını, ukraynalılarınsa öz vətənləri uğrunda döyüşdüyünü deyib: “Ukraynalıların açıq qələbə şansları var. Çünki onlar müqaviməti davam etdirsələr, iqtisadiyyatları dağılsa da, Qərb onları hər şeylə təmin edəcək. Ukrayna Ordusu silahla, ərzaqla, pulla və s. təmin olunacaq. Ən əsası Ukraynanın Rusiyadan daha artıq adam səfərbər etmək imkanı var. Çünki Rusiyanın böyük nizami ordusu olsa da, o, uğurlu fəaliyyət göstərə bilmir. Rusiya ordusunda çoxları Ukraynaya qarşı hərbi yurüşlə ümumiyyətlə razı deyillər.
Şoyqunun reklamlarına baxmayaraq, ordu reklam olunduğu kimi döyüşə bilmir. Silahlar köhnədir, tez-tez xarab olur, əsgərlər anlamırlar ki, orada nə edirlər və s. Onlar sonsuz hərbi təlimlərdən yorulublar. Bir azdan hər şey əriyəcək və iki həftəyə bu baş verənlər bitməsə, qarşıda böyük qeyri-müəyyənlik yaranacaq. Ən əsası isə Rusiya ordusunun adi ehtiyat qüvvələri yoxdur, ukraynalılarda isə var.
Rusiyanın nizami ordusunda mənəvi güc, ruh və döyüşmək həvəsi yoxdur. Bəli, onlara əmr verilib, onlar döyüşürlər, ancaq bilmirlər niyə, nə üçün? Ukraynalılar isə nə üçün döyüşdüklərini çox yaxşı bilirlər, onların mənəvi ruhu yüksəkdir.
Sonda əksər milli azadlıq savaşlarında olduğu kimi, aydın olacaq ki, müqavimət göstərənlərin sayı böyük dövlətin nizami ordusunun sayından çoxdur. Belədə isə müstəmləkəçi dövlət getməli olur. Ukrayna “rus dünyası”nın bir hissəsi olmaq istəmir və bunu zorla etmək mümkün deyil. Rusiya xalqla müharibədə qalib gələ bilməz!”AzPolitika.info


















































































