Zelenskinin tvitinə görə ABŞ Ukraynanı cəzalandırmaq istəyirdi

Zelenskinin tvitinə görə ABŞ Ukraynanı cəzalandırmaq istəyirdi

14 İyul 2023 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun kəskin tənqidçisi olan Ukrayna prezidenti Vladimir Zelenskinin tviti Ağ Evi o qədər qəzəbləndirib ki, ABŞ rəsmiləri Kiyev üçün alyansa dəvəti geri götürməyi düşünüblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Washington Post danışıqlardan xəbəri olan 6 nəfərə istinadən məlumat yayıb.

Müzakirələrdən sonra ABŞ və müttəfiqləri əvvəlcədən razılaşdırılmış NATO kommünikesini olduğu kimi saxlamağı qərara alıblar. Qəzet yazır ki, sənəddə Ukraynanın bloka qoşulması üçün vaxt göstərilməsə də, bu, Co Bayden administrasiyasını və Avropa liderlərini Rusiyanın davam edən işğalı qarşısında Kiyevə daha konkret təkliflər verməyə təşviq etmək üçün davamlı səyin nəticəsidir.

“Washington Post”un yazdığına görə, bu hadisə Vladimir Zelenskinin NATO daxilində tətbiq etdiyi təzyiq taktikasından narazılığı nümayiş etdirir. Hətta bu həftə onun ən qızğın tərəfdarları belə maraqlandılar ki, Zelenskinin emosional partlayışı Ukraynaya xeyirdirmi?

Qəzet qeyd edir ki, Ukrayna prezidentinin sərt tənqidindən NATO daxilində narazılıq olsa da, onu yenə də dəstəkləyiblər. Qeyd edilib ki, müharibə edən ölkənin lideri xalqının maraqlarını qorumaq üçün hər şeyə hazır olduğunu göstərməlidir.

Əziz Mustafa