Rusiyadakı pilotsuz uçan aparat zavodu Ukraynadakı müharibənin gedişatını dəyişə bilər
Rusiyada İranın iştirakı ilə tikilən pilotsuz təyyarə zavodu Ukraynadakı müharibəyə əhəmiyyətli təsir göstərə bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı bildirib.
CNN-in məlumatına görə, Müdafiə Kəşfiyyat Agentliyinin analitikləri brifinqdə kiçik bir qrup müxbirə bildiriblər ki, tikilməkdə olan zavodun Rusiyaya İrandan bu günə qədər satın ala bildiklərindən daha böyük ölçüdə yeni dron ehtiyatı verəcəyi gözlənilir.
Təhlilçilərin fikrincə, Tatarıstanda tikilən obyektin 2024-cü ilin əvvəlində tamamlanacağı gözlənilir. Kəşfiyyat mənbələrinə görə, İran hakimiyyəti zavodun tikintisinə kömək etmək üçün müntəzəm olaraq Rusiyaya avadanlıq göndərir.
Pentaqon hesab edir ki, İran bu günə kimi Rusiyaya 400-dən çox “Shahed 131, 136” və “Mohajer” pilotsuz uçan aparatları tədarük edib, Rusiya Müdafiə Nazirliyinin ehtiyatları demək olar ki, tamamilə tükənib.
Əziz Salamoğlu