Moldova rus diplomatlarını ölkədən çıxarır

Moldova rus diplomatlarını ölkədən çıxarır

26 İyul 2023 21:27
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova 18 rus diplomatı və 27 texniki işçini ölkədən çıxarır,.

Oxuməni.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi bildirib. Moldova XİN-in məlumatına görə, Rusiya səfirliyində 10 diplomat və 15 texniki işçi saxlanılacaq. Səfirliyin əməkdaşları avqustun 15-dək ölkəni tərk etməlidirlər.

Moldova xarici işlər naziri və baş nazirin müavini Niku Popesku hakimiyyətin rusiyalı diplomatların sayını azaltmaq qərarını onların bəzilərinin casusluqda iştirak etdiyinə dair şübhələrlə izah edib.

"Diplomatik xidmətlərin mehriban münasibətlərin inkişafına diqqət yetirməsi vacibdir, əks halda hərəkətlər sabitliyi pozmağa yönələndə və diplomatik fəaliyyətlə bağlı olmayanda çətin olur. Biz akkreditə olunmuş diplomatların sayının məhdudlaşdırılması zərurəti ilə razılaşdıq”, - deyə Popesku bildirib.

O qeyd edib ki, Moldova uzun illər Rusiyanın “düşmən hərəkətlərinin obyekti” olub və bunun da böyük hissəsi Kişinyovdakı səfirlik vasitəsilə həyata keçirilib. Nazir əlavə edib ki, artıq Rusiya səfirliyinin nümayəndələri bu qərarla bağlı məlumatlandırılıblar.

Əziz Mustafa