Bomba yüklü motosikletin partlaması nəticəsində 6 nəfər dünyasını dəyişdi
Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib. Dəməşq Daxili İşlər Nazirliyinə əsaslanaraq rəsmi xəbər agentliyi SANA-nın xəbərinə görə, dünən axşam saatlarında Dəməşqin Seyyide Zeynəb bölgəsində motosikletə yerləşdirilən bomba partladılıb. Partlayış nəticəsində 6 nəfərin öldüyü, 23 nəfərin yaralandığı bildirilib. Xəbərdə hadisə yerinə polis və xilasetmə qrupları və təcili yardım maşınlarının göndərildiyi bildirilib. Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Yayılan məlumatlara görə İranın dəstəklədiyi xarici terrorçu qruplar paytaxt Dəməşqin Seyyid Zeynəb bölgəsində cəmləşiblər…
Murad Şahməmməd
Digər xəbərlər