Hindistan və Braziliya Çinin BRICS-i genişləndirmək cəhdlərinə qarşıdır
Hindistan və Braziliya Çinin BRİKS ölkələrinin sayını sürətlə genişləndirmək istəyinə qarşıdır.
Oxuməni.az xəbər verir ki, bu barədə Blomberq-in yaydığı məlumatda deyilir.
Pekin siyasi təsirini artırmaq və Birləşmiş Ştatlara qarşı çıxmaq istəyir, lakin bu təşəbbüs Braziliya və Hindistanın heç də ürəyincə deyil.
Gələn ay Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın İndoneziya və Səudiyyə Ərəbistanını da əhatə etmək üçün qrupun potensial genişləndirilməsini müzakirə edəcəyi Yohannesburq sammitinə aparan danışıqlarda hər iki ölkə etirazlarını bildirdi. Müzakirələr şəxsi xarakter daşıdığı üçün adının çəkilməsini istəməyən rəsmilər bildiriblər ki, Çin bu görüşlər zamanı birləşmənin genişləndirilməsi məsələsini dəfələrlə irəli sürüb.
Braziliyanın bu mövqeyi qismən onun blokun anti-Qərb olması təəssüratı yaratmaq istəməməsi ilə bağlıdır. Hindistan isə digər ölkələrin BRİKS ilə əməkdaşlıq etməsinə imkan verən, lakin eyni zamanda onun formal üzvlərinə çevrilməyən aydın qaydalar hazırlamaq istəyir.
Rəsmilər Bloomberg həmsöhbətlərinə bildiriblər ki, sammitdə Hindistan və Braziliya digər ölkələrə müşahidəçi statusunun verilməsi imkanlarını müzakirə etmək niyyətindədir. Onlardan ikisinin sözlərinə görə, Cənubi Afrikanın nümayəndələri digər ölkələrlə əməkdaşlıq üçün müxtəlif variantların nəzərdən keçirilməsi ideyasını dəstəkləyirlər, lakin prinsipcə yeni ölkələrin qəbuluna etiraz etmirlər.
Dehli hesab edir ki, əgər genişlənirsə, o zaman bu, Səudiyyə Ərəbistanının hesabına deyil, demokratik və yaxşı iqtisadi perspektivləri olan Argentina və Nigeriya kimi ölkələrin hesabına daha çox edilməlidir, agentliyin həmsöhbətlərindən biri deyib.
Bu ilin yanvarında Cənubi Afrikanın Moskvadakı səfiri Mzuvukile Maketuka bildirmişdi ki, Əlcəzair, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzvlüklə bağlı rəsmi müraciətlər ediblər.
Xarici və Müdafiə Siyasəti üzrə Şuranın Rəyasət Heyətinin sədri Fyodor Lukyanov agentliyə bildirib ki, Rusiya yeni üzvlərlə bağlı məsələdə qəti mövqeyə malik deyil.
Əziz Salamoğlu