Danimarka və İsveç Quranın yandırılmasını qadağan etməyi düşünür

Danimarka və İsveç Quranın yandırılmasını qadağan etməyi düşünür

31 İyul 2023 12:38
Bəyəndim (1) Bəyənmədim (0)

Danimarka və İsveç Quranın yandırılmasını qadağan etməyi düşünür.

Oxuməni.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı məlumatda deyilir.
Kopenhagendəki İraq səfirliyi qarşısında Quranın nüsxəsini yandıran ifrat sağçı fəallar
Danimarka və İsveç hökumətləri söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan Quranın və digər dini mətnlərin kütləvi şəkildə yandırılmasını necə qadağan etmək və ya məhdudlaşdırmaq barədə düşünürlər.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bazar günü deyib ki, hökumət müsəlman səfirlikləri qarşısında Quranın yandırılmasını qadağan etmək üçün qanuni yol tapacaq. Danimarka Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, qadağa təhlükəsizlik təhdidləri və diplomatik mülahizələrə görə nəzərdən keçirilir.

Skandinaviya ölkəsinin nazirliyi bildirib ki, söz azadlığının qorunması vacib olsa da, bu cür etiraz aksiyaları ekstremistlərə fayda gətirir və dövlətin təhlükəsizliyi üçün risklər yaradır.

İsveçin baş naziri Ulf Kristersson sosial mediada hökumətinin də bu cür hərəkətlərə qadağa qoymağın yollarını axtardığını və məsələni danimarkalı həmkarı Mette Frederiksen ilə müzakirə etdiyini açıqlayıb.

Xatırladaq ki, son həftələrdə hər iki Skandinaviya ölkəsi hakimiyyətin İslamın müqəddəs kitabının yandırıldığı bir sıra mübahisəli etiraz aksiyalarına icazə verdikdən sonra, əksəriyyəti müsəlman olan bir neçə ölkə ilə diplomatik gərginliyə səbəb olmuşdu.

Əziz Mustafa