Abxaz separatçıları Rusiyaya birləşmək istəmirlər
“Abxaziya Respublikası”nın hakimiyyəti Rusiya Federasiyasına daxil olmaq istəmir. “İnterfaks” xəbər verir ki, bu barədə cümə axşamı “Abxaziyanın Təhlükəsizlik Şurasının katibi” Sergey Şamba bildirib.
“Bizim Rusiyaya qoşulmağı təklif edən elə siyasi qüvvələrimiz yoxdur”, - Şamba nəşrə verdiyi şərhdə bildirib. Onun sözlərinə görə, respublikanın siyasi qüvvələri Rusiya ilə sıx müttəfiqlik münasibətləri saxlayır, lakin onun subyektinə çevrilməyi planlaşdırmır.
Avqustun 22-də AiF-ə yazdığı məqalədə Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın Rusiyaya mümkün ilhaqını təklif edib. O vurğulayıb ki, bu ideya hələ də bu regionlarda populyardır və “bunun üçün üzrlü səbəblər olarsa” həyata keçirilə bilər.
Gürcüstan Xarici İşlər Nazirliyi Medvedevin bəyanatlarını dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd cəhdi kimi qiymətləndirib. Nazirlik vurğulayıb ki, Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqdir və diplomatik səylərlə ölkənin ərazi bütövlüyünü bərpa etməyə və Tbilisinin nəzarətində olan və nəzarətdə olmayan ərazilərdə əhalinin dinc yanaşı yaşamasını təmin etməyə çalışır.
Əziz MUSTAFA


















.jpg)
.jpg)
.jpg)




























































