Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır

Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır

28 Avqust 2023 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul etməyə hazır olmalıdır. Bu barədə Britaniyanın “Financial Times” qəzeti Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişelin Sloveniyanın Bled şəhərində XVIII Beynəlxalq Strateji Forumun açılışındakı çıxışının layihəsinə istinadən məlumat yayıb.

"Biz Aİ-nin növbəti strateji gündəliyini hazırlayarkən, qarşımıza dəqiq hədəf qoymalıyıq. 2030-cu ilə qədər genişlənməyə hər iki tərəfdən hazır olmalıyıq. İndi həm Aİ, həm də onun gələcək üzv dövlətləri üçün əsas vəzifələrimizdən biridir,”- deyə Mişelin çıxışında deyilir.

"Bu, bizim ciddi olduğumuzu göstərir. İmkanlar pəncərəsi açıqdır. Biz buna uyğun hərəkət etməliyik", - deyə Avropa Şurasının rəhbəri çıxışında bildirib.

Albaniya, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ üzvlüyünə rəsmi namizədlərdir. Türkiyə Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar aparan ölkə olub - 2005-ci ildən Monteneqro 2010-cu ildən namizəd statusundadır. Bu ölkələrin hər hansı birinin assosiasiyaya qəbulu üçün müəyyən edilmiş müddətlər yoxdur.

Əziz Salamoğlu