Fransada məktəblərdə hicab geyinmək qadağan edilib

Fransada məktəblərdə hicab geyinmək qadağan edilib

28 Avqust 2023 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada islami geyim növü olan hicab məktəblərdə qadağan edilib. İcraya sentyabrın 4-də başlanacaq. Fransanın təhsil naziri Qabriel Attal dövlət məktəblərində müsəlman qız tələbələrin üstünlük verdiyi çarşaf və hicab kimi boş və uzun paltarların geyinilməsinin qadağan edildiyini açıqlayıb. Nazir qərarın sentyabrın 4-də yeni tədris ilinin başlaması ilə qüvvəyə minəcəyini açıqlayıb. Fransa mətbuatına açıqlama verən Qabriel Attal, "Sinifə girəndə tələbələrin dinini sadəcə onlara baxmaqla anlaya bilməzsən" deyib. Bu səbəbdən də, Attal artıq məktəblərdə İslami geyim olan hicabın geyilməməsinə qərar verildiyini bildirib.

Murad Şahməmməd