Rusiya da Türkiyə kimi Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır
Rusiya prezidenti Vladimir Putin Qəzza zolağındakı vəziyyəti fəlakət adlandırıb.
Putin yekun mətbuat konfransında xatırladıb ki, BMT-nin baş katibi bugünkü Qəzza zolağının dünyanın ən böyük uşaq qəbiristanlığı adlandırılıb.
“BMT-nin roluna gəlincə. Burada qeyri-adi heç nə yoxdur. Soyuq Müharibə dövründə müxtəlif güclərin digər ölkələrin təşviq etdiyi qərarların qarşısını alması çox yaygın idi. BMT əvvəlcə konsensus axtarmaq üçün yaradılmışdır, əgər tapılmazsa, heç bir qərar qəbul edilmir. Həmişə belə olub. Bu o demək deyil ki, konsensus axtarmaq olmaz və lazım deyil”, - deyə o əlavə edib.
Putinin sözlərinə görə, Rusiya da Türkiyə kimi, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-nin qərarının icrasının tərəfdarıdır. İsrail-Fələstin nizamlanması üçün fundamental əsaslar yaratmaq lazımdır.
Oxuməni.az