Yaponiya uzaqmənzilli raket istehsalını təkmilləşdirir
Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanan yeni uzaqmənzilli raketlə bağlı məlumatlar, o cümlədən fotoşəkillər internetə sızıb. Bu barədə “Sankei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, raketin xüsusiyyətləri haqqında məlumat və bir neçə şəkil Discord platformasının kiçik bir istifadəçi qrupuna yerləşdirilib. Vurğulanır ki, yüksək ehtimalla bu məlumatlar Yaponiya Müdafiə Nazirliyi tərəfindən hazırlanmaqda olan və Yaponiya Silahlı Qüvvələrində xidmətdə olan Type-12 raketinin təkmilləşdirilmiş versiyası olan yeni uzaqmənzilli raketə aiddir. Mesajların müvafiq məlumatlara çıxışı olan ölkənin Hava Özünümüdafiə Qüvvələrinin üzvü tərəfindən buraxıldığı güman edilir. Həmçinin bildirilir ki, 2023-cü il ərzində o, statusu məxfi ola biləcək digər məlumatları Discord qrupunda yerləşdirib - indiyə qədər bu mesajların hamısı artıq silinib.
Hazırda Yaponiya Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitini öyrənir.
Oxuməni.az