ABŞ KXDR ilə maliyyə əməkdaşlığına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları Rusiya və KXDR arasında qeyri-qanuni maliyyə əməliyyatlarında iştirak edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Departamentin qeyd etdiyi kimi, ABŞ-ın yeni sanksiyalarının hədəfi olan Moskva və Pxenyan arasında qeyri-qanuni maliyyə şəbəkəsi KXDR-in sanksiyaya məruz qalmış iki dövlət bankı - Xarici Ticarət Bankı və Koreyanın Kvanqsonq Bank Korporasiyası ilə bağlıdır.
Məhz bu qurumlar vasitəsilə KXDR kütləvi qırğın silahlarının və ballistik raketlərin yaradılması üzrə dövlət proqramlarını maliyyələşdirmək üçün xarici valyuta alır.
Rusiya Federasiyası Mərkəzi Bankı bu banklarla əməliyyatlar üçün Rusiya tərəfindən işğal olunmuş Cənubi Osetiyadakı MRB Bankdan istifadə edib.
O, Rusiyanın TsSMRBank-ın ön hüquqi şəxsi idi. Onun vitse-prezidenti Dmitri Nikulin MRB Bankda Şimali Koreya bankları üçün müxbir hesabların açılmasını təşkil edib və “KXDR nümayəndələri ilə milyonlarla dollar və rubl əskinasların müvafiq hesablara çatdırılmasını razılaşdırıb”.
MRB Bank Şimali Koreya hesablarının bir hissəsini Rusiyadan KXDR-ə yanacaq ixracını ödəmək üçün istifadə edib.
Oxuməni.az