İnsan sümüklərini aksesuar kimi istifadə edirlər

İnsan sümüklərini aksesuar kimi istifadə edirlər

20 Sentyabr 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyadakı Yali tayfası dünyanın ən təhlükəli qəbilələrindən biridir. Min illər boyu dünya ilə heç bir əlaqəsi olmayan ömür sürən yalıların qonaqlarını öldürdükdən sonra onların sümüklərindən aksesuar düzəltdikləri məlumdur.

Ada tayfası olan Yalılar dünyanın qalan hissəsindən kifayət qədər təcrid olunmuş vəziyyətdə yaşayırlar. Yalısa çatmaq üçün saatlarla davam edən çətin bir səyahət etmək lazımdır.

Yadellilərə qarşı qəddarlığı ilə tanınan bu tayfanın müqəddəs günlərində qonaqlarını qurban kəsdiyi, sümüklərini aksesuar kimi istifadə etdiyi bildirilir.

Bu qəbilə kənardan gələn hər şeyi təhlükə kimi görərək yaşadıqları bölgəyə səfər etmək istəyənlərə müxtəlif tələlər qurur və onları əsir götürür.

Dünyada qalan son adamyeyən tayfalardan biri olduğu bilinən Yalılar haqqında bu gün müxtəlif söz-söhbətlər gəzir. İddialara görə, yalılar həmişə qonaqlarını qurban kəsmirlər, amma yenə də əcnəbilərlə yaxşı rəftar etmirlər.

Hətta bəzi mənbələr indiki Yalıların vegetarian olduqlarını iddia edirlər, lakin bu sübut olunmuş iddia deyil…

Oxuməni.az