Bilik günü hava necə olacaq?

Bilik günü hava necə olacaq?

14 Sentyabr 2012 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində respublika ərazisində hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 2-3 dərəcə yüksələcək.

O.M.