Hamının evində ev heyvanı olmalıdır - SƏBƏB

Hamının evində ev heyvanı olmalıdır - SƏBƏB

31 Mart 2016 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

25 illik tədqiqatlardan sonra sübut olundu ki, ev heyvanları bəsləmək insan sağlamlığı üçün olduqca faydalıdır. Ev heyvanlarının insanların əqli və fiziki imkanlarını genişləndirdiyi artıq bir faktdır. Bəs bu necə sübut olundu? Adi bir hipotez kimi ortaya çıxan bir fikirdən yola çıxaraq 25 il boyunca müxtəlif yaşlarda olan və ev heyvanı bəsləyən insanlar üzərində intensiv tədqiqatlar nəticəsində, ev heyvanlarının, xüsusən də itlərin insan sağlamlığına müsbət təsirləri aşkarlandı. Gəlin, birlikdə bu təsirlərə nəzər yetirək və bu arada hansı cins it alacağımıza qərar verək.

efbf3bb0-801f-4496-804a-f18d4a00eb751.İtinizlə keçirdiyiniz 15-30 dəqiqə sizi daha sakit, rahatlanmış hiss etdirəcək və stress səviyyənizi azaldıb, xoşbəxtlik hormonlarını tətikləyəcək. Belə ki, sevimli itinizlə vaxt keçirdiyiniz zaman beyniniz xoşbəxtlik və zövq ilə bağlantılı olan dopamin və serotonin hormonlarının səviyyəsini yüksəldəcək və əhvalınız daha yüksək olacaq!

man-dogs-best-friend

2.Ürək-damar xəstəlikləri riskini azaltmaqda itlərin böyük rolu var. Eyni zamanda, itlərlə vaxt keçirmək qan təzyiqini nizamlamağa yardım edirmiş ki, bu da müxtəlif xəstəliklərə tutulmaq riskini azaldır.

Once-again-proof-that-the-dog-is-mans-best-friend-1

3.İtlər uşaqları dəri xəstəliklərindən və müxtəlif allergiyalardan qoruyur. İtlə böyüyən uşaqlarda ekzema riski çox aşağıdır.

Allegy Living - Horizontal - dog and child - lab

4.Bu canlılar fiziki rifahınızı yüksəldir və sağlam fitness rejiminə keçməyə həvəsləndirir. Əlbəttə, itlər aktiv canlılar olduğu üçün, sahibini də şüuraltı aktiv olmağa həvəsləndirir.

cute-happy-dog-wallpaper

5.Ev heyvanına, xüsusilə, itə sahib olmaq uşaqların özünü yüksək qiymətləndirməsinə səbəb olur və onları stressdən uzaq tutur.

Dog-as-Best-Friend-Wallpaper

6.İnsanın ən yaxşı dostunun it olmasını deməyimizə ehtiyac belə yoxdur! Yüksək qoxu alma, görmə, duyma hisslərinin olması səbəbindən itlər öz sahiblərini yaxşı tanıyır və onlara sadiq olurlar. Onlar öz sahiblərinin bədən dilindən, emosiyalarından onların nə hiss etdiyini anlayırlar. İtin öz sahibinə bağlılığına həsr edilən Hachiko filmini izləməyinizi tövsiyə edərdik, əgər hələ də izləməmisinizsə.

66

7.Onlar öz sahiblərindən uzaq düşmüşsə, sahiblərini tapmaq üçün kilometrlər qət etməyə hazırdırlar. Möcüzəvi it Bobbi haqqında deyə bilərik ki, o öz sahiblərindən təsadüfən ayrı düşdükdən sonra, onları tapmaq üçün 2800 mil məsafə qət etmişdir.

bobbie

8.Bizim sevimli dostlarımız insan vücudundaki xərçəngli hüceyrələri hiss edə bilirlər. Bu fakt aşkar olunandan sonra itlər xərçəngi aşkar etmək üçün elm adamları tərəfindən təlimlərdən keçirilməyə başlanmışdır.

maxresdefault

9.Sevimli canlılarınıza qarşı olan məsuliyyət, səbr və fədakarlığınız sizi insanlara qarşı da daha duyarlı, qayğıkeş edəcək.

top-10-dog-breeds-for-single-women

10.Parkinson xəstəliyi olan insanlar üzərində də itlərin müsbət təsiri elmi olaraq sübut edilmişdir.

DogChangedWorld-Main

11.Qısası, gedib özümüzə bir it alaq.

Mediainfo.az