Çin işgəncəsi
Ən sıravi əşyalardan biri olan açarlıq (brelok) heyvanlara əziyyət etmə vasitəsinə çevrildi.
Çində canlı kərtənkələ, tısbağa və balıqların içinə qoyulduğu açarlıqlar böyük maraq görməkdədir. Açarlıqların istehsalı zamanı canlı heyvanlar kiçik plastik paketlərə qoyulur. Ancaq heyvanların qısa müddətdə ölməsi belə bu əşyaya olan marağı azaltmır. Çində metro stansiyaları və səkilərdə satılan açarlıqlar ümumiyyətlə, su tısbağası və ya iki kiçik balıqdan ibarət olur. Məhsulu alan müştərilərin əksəriyyəti onun özlərinə "şans gətirəcəyinə" inanır.
Açarlıqlara olan
maraq hər gün artarkən, heyvansevərlərin reaksiyası da eyni zamanda böyüyür.
Heyvan hüquqları qoruyucularından biri olan Qin Xiaona, "Bir canlını zövqə
görə bağlı bir sahəyə qoymaq insanlıqdan uzaq bir davranışdır. Və heyvanlara
pis rəftar mənasını verir. Bunun dayandırılması istehlakçıların əlindədir. Əgər
o açarlıqlar alınmazsa, bu bazar çökər", - deyə etirazını bildirdi.
Çində gedərək "dəlilik" halına gələn və saysız heyvanın oksigensizlikdən
həyatını itirdiyi açarlıqların bir ədədi1.5 dollardan satılır.
Həqiqətən də insan heyvanların ən yırtıcısıdır...
Günel Həbib
O.M.