Şahzadə Harri və həyat yoldaşı kral ailəsindəki yüksək vəzifələrindən imtina ediblər
Sasseks hersoqu, şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsindəki yüksək vəzifələrindən imtina etdikləri, iqtisadi cəhətdən müstəqil olmaq üçün çalışacaqlarını açıqlayıblar.
Harri və Meqan “İnstaqram” hesablarından vaxtlarının çoxunu Britaniya ilə Amerika arasında keçirəcəklərini qeyd ediblər.
Onlar Britaniya və Amerikada yaşasalar da, Kraliça və İngilis Millətlər Birliyi qarşısında, həmçinin himayə etdikləri yerlər üzərindəki öhdəliklərini də yerinə yetirəcəklərini vurğulayıblar.
Harri və Meqan gələcəkdə xeyriyyə cəmiyyəti yaratmağı planlaşdırdıqlarını bildiriblər. Onların konkret olaraq hansı vəzifələrdən imtina etdikləri hələ ki, məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər
















































































.jpg)
.jpg)
.jpg)











