Moskvada Kazan kilsəsini qarət edilib
Naməlum şəxs Rusiyanın paytaxtı Moskva şəhərində, “Qızıl meydan”da yerləşən Kazan kilsəsini qarət edib.
Bu barədə hüquq mühafizə orqanlarına Kazan kilsəsinin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, naməlum şəxs kilsənin kassasından 12 min rubl oğurlayıb qaçıb.
Artıq şübhəlinin əlamətləri müəyyən edilib: ilkin məlumata görə, bu, 40-50 yaşlı arıq, sarışın, orta yaşlı bir kişidir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə (“Oğurluq”) əsasən cinayət işi açılıb.
Digər xəbərlər