"General Süleymaniyə görə qisas alın!" + Video
"İntiqam! İntiqam!"- toplaşanlar hay-küy salır, onlar ABŞ-ı Milli Qəhrəman saydıqları generalın öldürülməsində günahlandırır və İran hakimiyyətini intiqam almağa çağırırlar. ABŞ-la gələcək danışıqlar və hər hansı razılaşma ideyasını burada yekdilliklə rədd edirlər:
"Qana qan! Mən istəyirəm ki, hakimiyyətimiz amerikalılara qarşı qisas alsın!"
"Razılaşma, danışıqlar və kompromislər yoxdur! Bizim hakimiyyətimiz və onları dəstəkləyən insanlar ABŞ və İsrailə qarşı cavab zərbəsi endirməlidirlər".
Oxumeni.az evronews-a istinadən xəbər verir ki, generalın vəfatından dərhal sonra Tehran hakimiyyəti bu terror aktının cavabsız qalmayacağını bəyan etdi və intiqam almağa and içdilər.
İran hökumətinin nə vaxt və necə intiqam alacaqları hələ məlum deyil.
General əmir əli Hacızadə (İİK):"biz bölgəmizdə ABŞ-ın mövcudluğuna son qoymaq istəyirik".
Tehranda keçirilən vida mərasimindən sonra Süleymaninin meyiti Müqəddəs Qum şəhərinə gətirilib; çərşənbə axşamı General onun doğma şəhəri Kərmanda dəfn olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)