Körpəsini öldürən erməni qadın azadlığa buraxıldı

Körpəsini öldürən erməni qadın azadlığa buraxıldı

19 İyul 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni kimdir?

Torpaqlarının 20 faizi işğal altında olan, əhalisinin hər 8 nəfərindən biri qaşqın və məcburi köçkün həyatını yaşayan cəmiyyətin üzvləri kimi hər birimiz düşmənlə mübarizədə fəal olmalıyıq. Hələlik atəşkəs şəraiti hökm sürdüyü üçün mübarizəmiz yalnız partizanlıq xarakteri daşıya bilər. Başqa sözlə desək, məqsədimiz düşmən cəbhəsinə nüfuz edərək, orada olan son vəziyyət haqda sizlərə məlumat verməkdir. Odur ki, biz də mütəmadi olaraq Ermənistan cəmiyyətində baş verən hadisələrə toxunur, bu barədə silsilə məqalələr yazırıq. Məqsədimiz bizə düşmən kəsilən bir millətin, ermənilərin kim olduğunu gənc nəslə çatdırmaqdır. Orta və yaşlı nəslin nümayəndələri onsuz da nankor qonşularımızı yaxşı tanıyırlar.

Bugünkü məqalədə də ermənilərin həqiqi simasını üzə çıxarmağa çalışacağıq. Belə ki, Ermənistanın Hetqonline saytının yaydığı məlumata görə, 45 yaşlı qadın yenicə dünyaya gətirdiyi körpəsini boğaraq öldürmüş, sonra da izi itirmək üçün onu torbada gizlətmişdir.

Lori vilayət məhkəməsinin qərarı ilə Ziravard Stepanyan adlı müttəhimin cinayəti sübuta yetirilib. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 106-cı maddəsinə əsasən ittiham olunan Stepanyan ifadəsində bunları söyləyib: "2010-cu ilin sentyabr ayında 5 aylıq hamilə olduğumu hiss etdim. O vaxtadək heç bir fizioloji dəyişiklik hiss etmirdim. Hamiləliyə son qoymağım mümkün deyildi. 6 uşaq sahibi olduğum üçün, onlardan biri ərdədir, ağır sosial vəziyyətdə yaşadığımıza görə körpəni öldürmək qərarına gəldim."

Hamiləliyini hər kəsdən gizlədən, qarın nahiyəsindəki şişkinliyi mədə xəstəliyi ilə əlaqələndirən Stepanyan çoxuşaqlı ana olduğu üçün evdə doğuş təcrübəsinə malik idi. Bundan başqa, təcrübəli qadın əri ilə cinsi əlaqədən yayınmaq üçün bir müddət əvvəl onunla savaşmış, yataq yerini uşaqlarının yanında açmışdı.

Nəhayət, 2011-ci ilin 07 yanvar günü gecə saat 02:00 radələrində doğuş başladı. Stepanyan hamama keçərək qız uşağını doğdu. Uşaq ağlamağa başlayan kimi göbəyini qayçı ilə kəsərək körpəni polietilen torbaya qoyub var gücü ilə boğdu. Bu zaman o qədər hisslərinə qapıldı ki, körpənin başını bədənindən ayırdı. Sonra paketi hamamda gizlətdi. Səs-küyə gələn qayınanasına isə bildirdi ki, qanaxmaya səbəb qadın xəstəliyidir. Hadisənin üstü bir neçə gündən sonra, qadın müalicə almaq üçün xəstəxanaya yerləşdirilərkən açıldı.

Maraqlıdır ki, xüsusi qəddarlıqla törədilən cinayətə baxmayaraq, məhkəmə müttəhimi cəzalandırmaq əvəzinə sərbəst buraxdı.

Qeyd: Bu məqalə Hetqonline saytında yer alan kimi ondan istifadə etdik. Lakin sonradan gördük ki, məqalədəki şəkil və bəzi məlumatlar dəyişdirilib.

Son söz əvəzi: Gəlin bir daha aydınlaşdıraq, erməni kimdir? 5 aylıq hamilə olanadək bunun fərqinə varmayan dişi canlı. Hər kəsə yalan satan "insan". Körpəsinin qatilinə çevrilən, mərhəmət hissindən məhrum olan "ana". Və nəhayət, cinayətə bəraət qazandıran cəmiyyət. Dünyanın harasında yaşamağından asılı olmadan bu tip insanlar hər yerdə erməni sayılmalıdır...

Natiq Qocaman

O.M.