Abbas Fələstində milli razılıq hökumətinin yaradılmasına inanır

Abbas Fələstində milli razılıq hökumətinin yaradılmasına inanır

7 Avqust 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin lideri Mahmud Abbas bildirib ki, Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlayacaq

Abbas qeyd edib ki, HƏMAS hərəkatı milli barışıq şərtlərini qəbul edərsə, Qəzzada müharibə başa çatdıqdan sonra milli birlik hökumətinin formalaşdırılması ilə bağlı nəzərdə tutulan məsləhətləşmələr başlayacaq. Onun sözlərinə görə, artıq 3 aydır ki, Fələstinin siyasi qruplaşmalara aid olmayan peşəkar kadrlarından formalaşmış texnokratik hökumət fəaliyyət göstərir.

Abbas vurğulayıb ki, hazırda Fələstin hakimiyyəti üçün prioritet İsrailin Qəzza zolağına təcavüzünə son qoymaqdır.

Bundan əvvəl Abbas bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi həll yoludur.

Oxuməni.az